Bu gün Komanda.az-ın keçirdiyi sorğunun nəticəsinə əsasən Azərbaycanda ilin məşqçisi seçilən Qurban Qurbanovun mükafatlandırma mərasimi keçiriləcək.
Sportal.az xəbər verir ki, Tədbir "Fairmont otel"in Səttar Bəhlulzadə zalında (“Üç alov qülləsi”) keçiriləcək.
Xatırladaq ki, səsvermədə 74 mətbuat orqanından 79 jurnalist iştirak edib. 77 səs toplayan Qurban Qurbanov 8-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib. 45 yaşlı mütəxəssis demək olar ki, yekdilliklə bu mükafata layiq görülüb. Sorğuda iştirak edənlərdən cəmi iki nəfər “Zirə”nin baş məşqçisi Ayxan Abbasovu fərqləndirib.
saytlarin hazirlanmasi