Bu gün Komanda.az-ın keçirdiyi sorğunun nəticəsinə əsasən Azərbaycanda ilin məşqçisi seçilən Qurban Qurbanovun mükafatlandırma mərasimi keçirilib. "Fairmont otel"in (“Üç alov qülləsi”) Səttar Bəhlulzadə zalında keçirilən tədbirdə PFL prezidenti Ramin Musayev, həmçinin, çox sayda media nümayəndəsi iştirak edib.
Sportal.az xəbər verir ki, 45 yaşlı mütəxəssisə mükafatə Komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.
Xatırladaq ki, səsvermədə 74 mətbuat orqanından 79 jurnalist iştirak edib. 77 səs toplayan Qurban Qurbanov 8-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib.
saytlarin hazirlanmasi