"Qarabağ"ın haitili futbolçusu Donald Gerye CONCACAF-ın ən yaxşı yarımmüdafiəçisi adına layiq görülüb.
Sportal.az xəbər verir ki, 28 yaşlı oyunçu səslərin 33 faizini toplayıb. 2-ci yeri 14 faiz səslə David Quzman ("Portland Tİmbers" (ABŞ), Kosta-Rika) tutub. Səslərin 14 faizini toplayan Brayan Ruis ("Sportinq" (Portuqaliya), Kosta-Rika) 3-cü olub.
Digər yerlərdə olan futbolçular:
4. Selso Borqes ("Deportivo" (İspaniya), Kosta-Rika) - 11 faiz
5. Hektor Errera ("Portu" (Portuqaliya), Meksika) - 10 faiz
6. Xose Qonsales ("Deportivo" (Panama), Panama) - 8 faiz
7. Xavyer Akino ("UANL Tiqres" (Meksika), Meksika) - 5 faiz
8. Kristian Pulişiç ("Borussiya", Dortmund (Almaniya), ABŞ) - 4 faiz
9. Dieqo Valeri ("Portland Tİmbers", (ABŞ), (Argentina) - 2 faiz
10. Maykl Bredli ("Toronto" (Kanada), ABŞ) - 1 faiz
Digər nominasiyaların qalibləri:
Ən yaxşı kişi futbolçu: Losano İrvinq (PSV (Hollandiya), Meksika)
Ən yaxşı qadın futbolçu: Sem Kerr ("Skay Blu" (ABŞ), Avstraliya)
Ən yaxşı kişi qapıçı: Hayme Penedo ("Dinamo" Buxarest (Rumıniya), Panama)
Ən yaxşı kişilərdən ibarət komandanın baş məşqçi: Qreq Vannev ("Toronto", ABŞ)
Ən yaxşı qadınlardan ibarət komandanın baş məşqçisi: Roberto Medina (Meksika)
Ən yaxşı kişi müdafiəçi: Kristian Qamboa ("Seltik" (Şotlandiya), Kosta-Rika)
Ən yaxşı kimi yarımmüdafiəçi: Donald Gerye ("Qarabağ" (Azərbaycan), Haiti)
Ən yaxşı kişi hücumçu: Nemanya Nikoliç ("Çikaqo Faye" (ABŞ), Seribya)
Qeyd edək ki, səsvermə komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər və azarkeşlər arasında keçirilib.
saytlarin hazirlanmasi