"Qarabağ" darmadağınla start verdi

18:11 - 18 Dekabr 2017

Gürcüstanda keçirilən "Bendela Cup"da iştirak edən "Qarabağ"ın U-12 komandası bu gün qrup mərhələsində ilk oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu Gürcüstanın "Bolnisi" komandasını 5:1 hesabıyla məğlub edib.

 

"Qarabağ" sabah "Dinamo" (Tbilisi) klubuyla qarşılaşacaq.

 

Qeyd edək ki, bu turnirin təşkilatçısı Gürcüstan Futbol Federasiyası və “Saburtalo” futbol klubudur. 18-24 aralığında keçiləcək turnirdə Gürcüstan və Rusiyanın aşağı yaş qrupunda mübarizə aparan komandaları da iştirak edəcək. Ölkəmizdən isə yalnız  “Qarabağ” U-12 dəvət olunub.  20-24 komanda qruplara bölünəcək və ilk 2 yeri tutan klublar 1/8 finala vəsiqəni təmin edəcək. 28-ci dəfə keçirilən turnirin məqsədi uşaqlarda futbol sevgisini aşılamaq, uşaq futbolçular arasında dostluq münasibətləri yaratmaqdır. 

Xəbər xətti