"Qarabağ"ın daha bir rəqibi müəyyənləşdi

02:20 - 20 Dekabr 2017

Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirəcək “Qarabağ”ın qarşılaşacağı növbəti komandanın adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu Rusiyanın “Şinnik” klubu ilə yoxlama oyunu keçirəcək. "Qarabağ"ın Rusiyanın I Divizion klubu ilə görüşü yanvarın 30-da baş tutacaq.

 

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın Antalyadakı rəqiblərindən biri də Polşanın “Lexiya” klubu olacaq. Qdansk təmsilçisi ilə matç yanvarın 20-də keçiriləcək.

Xəbər xətti