Rəşad Sadıqov ilin futbolçusu seçildi

22:47 - 29 Dekabr 2017

İdman mətbuatımızın aparıcı orqanlarından biri olan “Futbol+” qəzeti ilin futbolçusunu seçib.

 

Sportal.az xəbər verir ki, futbol ictimaiyyəti arasında keçirilən sorğuda "Qarabağ"ın kapitanı Rəşad Sadıqov ilin futbolçusu seçilib. Təcrübəli müdafiəçi səslərinin 57 faizini toplayıb. Rəşad Sadıqov ümumilikdə 6-cı, ardıcıl isə ikinci dəfə "Futbol+" tərəfindən "ilin ən yaxşısı" seçilib. 

 

Qeyd edək ki, sorğunun ümumi nəticəsində ilk “4-lük”də "Qarabağ"ın futbolçuları (1. Rəşad Sadıqov, 2. Mahir Mədətov, 3. Qara Qarayev, 4. Riçard Almeyda) yer alıb.

Xəbər xətti