Bolqarıstanın MOİK klubunun məşqçisi Mario Mitov karyerasını Azərbaycanda davam etdirəcək.
Sportal.az xəbər verir ki, bu barədə topsport.bg saytı məlumat yayıb. Fiziki hazırlıq üzrə 24 yaşlı mütəxəssisin Ağdam təmsilçisində çalışacağı iddia edilib.
O, Ağdam təmsilçisində Çudomir Çakarovu əvəzləyək. Çakarov isə ölkəmizdəki fəaliyyətini Azərbaycan millisində davam etirəcək.
Qeyd edək ki, Mario Mitov ötən ildən MOİK-də işləyir. O, komandanın gəncləri ilə çalışır, onların hər birinin vəziyyətini yaxşılaşdırmağa kömək edir.
saytlarin hazirlanmasi