"Qarabağ"ın fiziki hazırlıq üzrə sabiq məşqçisi, hazırda Danimarkanın "Orhus" klubunda çalışan Ruben Selles açıqlama verib.
Sportal.az xəbər verir ki, ispan mütəxəssis Çempionlar Liqasında mübarizə aparan "Qarabağ"dan ayrılaraq Danimarkanın ortabab klubuna keçməsindən danışıb. 35 yaşlı məşqçi bildirib ki, insanların tənqidləri onun üçün maraqlı deyil:
"Qarabağ"ın hədəfləri düşündüyümdən də ciddi idi. Bu komanda uduzanda Azərbaycanda faciə kimi qəbul edilir. "Qarabağ"dan avrokuboklarda yaxşı nəticələr gözləyirlər. Çempionlar Liqasının qrupunda oynayan komandadan Danimarka klubuna keçməyi anlayışla qarşılamaq çətindir. Amma burda söhbət işdən həzz almaq hissindən gedir. O zaman çox asan qərar verirsən. İnsanların qərarımı başa düşüb-düşmədikləri isə artıq mənə maraqlı deyil. Nilseni çoxdan tanıyıram. O, mənimlə əlaqə saxlayaraq “Orhus”a gəlməyimi istədi. Nilsen mənə köməkçi məşqçi kimi özümü göstərmək şansı yaratdı”.
saytlarin hazirlanmasi