Ukraynada ən istedadlı gənc futbolçuya verilən “qızıl istedad” mükafatına namizədlərin adı açıqlanıb.
Sportal.az xəbər verir ki, “Qarabağ”ın U-19 komandasının ukraynalı futbolçusu Yaroslav Deda namizədlər sırasında yer alıb. Mükafata 13 namizəd var. Qalib azarkeşlər arasında keçiriləcək səsvermə nəticəsində bəlli olacaq.
Qeyd edək ki, 18 yaşlı solaxay vinger “Qarabağ”ın U-19 komandasının heyətində UEFA Gənclər Liqasında 3 qola imza atıb.
saytlarin hazirlanmasi