"Qarabağ" "Olimpiakos"dan icarəyə götürdüyü Tarik Elyunussi ilə yolları ayırmaq üzrədir.
Sportal.az xəbər verir ki, Ağdam klubunun heyətdən göndərmək istədiyi yarımmüdafiəçini Yunanıstan təmsilçisi İsveçin AİK klubu ilə danışıqları davam etdirir. Yunanıstan mətbuatının məlumatına görə, "Olimpiakos" 29 yaşlı yarımmüdafiəçinin keçidi üçün İsveç təmsilçisindən 1 milyon avro təzminat tələb edib.
Qeyd edək ki, Mərakeş əsilli norveçli futbolçu "Qarabağ"da 8 oyun keçirib.
saytlarin hazirlanmasi