"Qarabağ" Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, komandanın düşərgəsinə tanış sima baş çəkib. Ağdam klubunun sabiq futbolçusu Muarem Muarem Ağdam klubunun futbolçuları ilə görüşüb və onlarla foto çəkdirib.
Qeyd edək ki, 29 yaşlı hücumameyilli yarımmüdafiəçi qış transfer pəncərəsində Qazaxıstanın "Aktobe" klubundan ayrılaraq Albaniyanın "Flamutarı" komandasına transfer olub.
Makedoniya millisinin sabiq üzvü 2012-2015-ci illərdə və 2016/17 mövsümündə "Qarabağ"ın uğurları üçün çalışıb.
saytlarin hazirlanmasi