"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.
Sportal.az xəbər verir ki, "köhlən atlar" 8-ci günü tək məşqlə başa vurub. Yerli vaxtla saat 11:00-da start götürən məşq təxminən 1 saat yarım davam edib. Hazırlıq daha çox fiziki çalışmalara əsaslanıb.
Qeyd edək ki, "Qarabağ" sabah təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirəcək. Bakı vaxtıyla saat 18:00-da "Qarabağ"ımız Rusiyanın "Kuban" klubuyla qarşılaşacaq.
saytlarin hazirlanmasi