“Açığı, belə sürətli oyun gözləmirdim. Həm birinci, həm də ikinci hissə futbolçular çox istəkli idilər”.
Sportal.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Antlayadakı qış təlim-məşq toplanışı çərçivəsində ilk hazırlıq oyununu keçirən ağdamlılar Rusiyanın “Kuban” klubu ilə qarşılaşıb. Tərəflərin hərəyə iki dəfə fərqləndiyi oyunda qalib müəyyənləşməyib.
Qurbanov görüşü belə şərh edib: “Düzdü, səhvlər var idi, amma bunu normal qarşılayıram. Ümumən oyundan razı qaldım, düşündüklərimi meydanda göstərməyə çalışdılar. Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərmək istədi”.
saytlarin hazirlanmasi