"Qarabağ"ın futbolçusu Simeon Slavçevin çıxış etdiyi Bolqarıstan millisi Millətlər Liqasının C Liqasının III qrupunda evdə Norveçi 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, qarşılaşma öncəsi Simeon Slavçevin adı son anda oyunun iştirak ərizəsindən çıxarılıb. 24 yaşlı futbolçu matçdan öncə isinmə hərəkətlərini yerinə yetirən zaman zədə alıb. Slavçev komandasının qələbəsi barədə danışıb və son anda zədələnərək. heyətdən kənar qaldığı üçün baş məşqçidən üzr istəyib:
"Baş məşqçimizdən üzr istəyirəm. Onu son anda çarəsiz vəziyyətdə qoydum. Martin Raynov üçün mənim mövqeyimdə oynamaq asan deyildi. Onun üçün xoş sürpriz olmadı. Çox sevinirəm ki, qələbə qazandıq. Bu gün tibbi müayinədən keçəcəm. Ağır zədə deyil. Bir qədər dincəlməyə ehtiyacım var. Müayinədən sonra hər şey bəlli olacaq".
İki oyundan sonra 6 xalı olan Bolqarıstan millisi qrup lideridi. Slavçev uğurlu çıxışa davam etmək istədiklərini deyib:
"Biz favorit deyilik. Gəlin, tələsməyək. Uğurlu çıxışa davam etməliyik".
Bolqarıstan Norveç, Kipr və Sloveniya ilə eyni qrupdadır.
Qeyd edək ki, Slavçev 2013-cü ildə çıxış etdiyi Bolqarıstan millisinin heyətində 18 oyun keçirib.
saytlarin hazirlanmasi