"Bu, adi yox, acı məğlubiyyətdir. Ona görə də özümüzü fərqli hiss edirik. Bu, daha çox alçaldıcı duyğudur".
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın islandiyalı futbolçusu Hannes Tur Halldorsson deyib.
Yığmanın UEFA Millətlər Liqasının A divizionun 2-ci qrupunun ilk turunda səfərdə İsveçrəyə 0:6 hesablı məğlubiyyətini şərh edən 34 yaşlı qolkiper bu oyunu unutmalı olduqlarını bildirib: “İndi qarşıdakı oyuna baxmalı və nəyə qadir olduğumuzu göstərməliyik. Bizim xarakterimiz var. Bunu Belçika ilə ev oyununda sübut edəcəyik”.
Qeyd edək ki, İsveçrəyə 0:6 hesabı ilə uduzduqları matçda İslandiya millisinin qapısını Halldorsson qoruyub.
saytlarin hazirlanmasi