Rusiyanın "Rostov" klubunda forma geyinən Azərbaycan əsilli futbolçu Ayaz Quliyev komandasında həftənin ən yaxşı futbolçusu seçilib.
Sportal.az xəbər verir ki, Quliyev azarkeşlər arasında keçirilən sorğunun nəticəsində Premyer Liqanın 7-ci turunda "Ural"la səfər matçının ən yaxşısı olub.
"Ural" - "Rostov" görüşü 1:1 hesabı ilə başa çatıb. Ayaz komandasının vurduğu qolun ötürməsini verib.
Qeyd edək ki, Rusiyanın U-21 millisinin üzvü komandada ötən ayın ən yaxşı futbolçusu seçilişdi.
saytlarin hazirlanmasi