"Ramil Şeydayevin Azərbaycan millisini seçməsi və "Trabzonspor"a yollanması axmaqlıq idi"

11:31 - 25 Sentyabr 2018

Rusiyanın məşhur futbol şərhçisi Vasili Utkin "Moskvanın səsi" radiosunda "Zenit"i yetirmələrinə diqqət ayrımamasına görə tənqid edib.

 

Sportal.az xəbər verir ki, 46 yaşlı ekspert "Zenit"in yetirməsi olan Ramil Şeydayevin Azərbaycan millisini seçməsinə də münasibət bildirib:

 

"Zenit"in yetirmələri olan və bu klubda hazırda oynamayan futbolçulardan ibarət əla komanda yaratmaq olar. "Zenit" öz resusların diqqət ayırmır. Aleksandr Qorşkovun əvəzedici komandadan qovulmasını deyə bilərik. Milliyətcə azərbaycanlı olan Ramil Şeydayevi xatırlayın, o, Azərbaycan yığmasını seçdi. Türkiyəyə yollandı. Yaxşı mərkəz hücumçusu idi. Onun Azərbaycan millisini seçməsi və "Trabzonspor"a yollanması axmaqlıq idi. Ramil "Zenit"də qala bilərdi. Bunlar mənə qəribə gəlir".

 

Qeyd edək ki, Şeydayev hazırda Rusiyanın "Krılya Sovetov" klubunda çıxış edir.

Xəbər xətti