ÇSKA-nın qapıçısı İqor Akinfeyev Rusiya millisindəki karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, bu barədə 32 yaşlı qolkiper klubun saytına verdiyi açıqlama deyib. O, həm millidə, həm də klubda daima oynamağın çətin olduğunu bildirib. Akinfeyev diqqətini klub karyerasına cəmləmək üçün bu addımı atdığını qeyd edib.
Qeyd edək ki, 2004-cü ildən Rusiya millisinə dəvət alan qapıçı 110 oyunda meydana çıxıb.
saytlarin hazirlanmasi