U-16 Liqası: 1 oyun təxirə salındı, 1 oyun ertələndi

11:21 - 3 Oktyabr 2018

Sabah U-16 Liqasında 2-ci turun oyunları keçiriləcək. 14 komandanın mübarizə apardığı çempionatda 7 oyundan təxirə salınıb. Gəncə TİM – «Sabah» oyunu «Sabah»ın Türkmənistanda keçirilən turnirə iştirakına görə başqa vaxta salınacaq. Daha bir oyun isə şənbə gününə təyin olunub. «Viləş» - «Qarabağ» matçı «Qarabağ»ın əsas komandasının Avroliqada «Arsenal»la oyununa görə qonaqların xahişi ilə nəzərdə tutulduğundan 2 gün sonra keçiriləcək.

 

Turun mərkəzi oyunları Mərdəkanda və Qəbələdə keçiriləcək. «Dalğa Arena»da ötən tur «Sumqayıt»la qolsuz bərabərliyə qalmış «Neftçi» «Keşlə»ni qəbul edəcək. Ötən ilki vitse-çempion isə Qəbələ şəhər stadionunda «Zirə»ni sınağa çəkəcək.

 

Oyunların başlama vaxtı və keçiriləcəyi yer aşağıdakı kimidir:

 

04 oktyabr (cümə axşamı)
 

12.00 «Neftçi» İK İB – «Səbail» (Lökbatan OİK-nin meydanı)
13:00 ROİL – «Sumqayıt» (Aviasiya Akademiyasının stadionu)
13:00 «Neftçi» - «Keşlə» («Dalğa Arena»nın köməkçi meydanı)
14:00 «Qəbələ» - «Zirə» (Qəbələ şəhər stadionu)
15:30 İsgəndər Cavadov BFA – «Turan Tovuz» («Bakı Baza»)

 

06 oktyabr (şənbə)

 

14:00 «Viləş» - «Qarabağ» (A.Banişevski adına Masallı şəhər stadionu)

 

«Het-trik news»

Xəbər xətti