Azərbaycanlı futbolçu Rusiyada ayın ən yaxşısı seçildi

16:37 - 4 Oktyabr 2018

Rusiya Premyer Liqasında çıxış edən “Rostov”un sentyabr ayında ən yaxşı futbolçusunun adı məlum olub.

 

Sportal.az xəbər verir ki, azarkeşlər hər oyundan sonra klubun saytında futbolçuların çıxışını qiymətləndiriblər. Nəticədə ötən ay ərzində fanatlardan ən yüksək xal alan Ayaz Quliyev “Rostov”un sentyabrda ən yaxşı oyunçusu seçilib.

 

Rusiyanın U-21 millisinə dəvət alan Ayaz cari mövsüm 1 qol vurub və 2 assist edib.

 

Qeyd edək ki, Azərbaycan əsilli yarımmüdafiəçi avqust ayının da ən yaxşısı seçilmişdi.

Xəbər xətti