Almaniya nəhəngləri Türkiyə millisinin üzvünə göz dikiblər

18:06 - 8 Oktyabr 2018

"Roma"nın yarımmüdafiəçisi Cengiz Ünderin adı nəhəng klublarla hallanmaqda davam edir.

 

Sportal.az xəbər verir ki, 21 futbolçunu bu dəfə Dortmund "Borussiya"sının transfer etmək istədiyi yazılıb. Bu barədə "Corriere dello Sport" məlumat yayıb. Məlumata görə, türkiyəli futbolçunu transfer etmək üçün "Bavariya" və "Borussiya" yarışırlar.

 

Xəbərdə "Roma"nın Cengizi 60 milyon avrodan ucuz satmaq niyyətində olmadığı vurğulanıb.

 

Qeyd edək ki, Türkiyə millisinin üzvü cari mövsüm 8 oyunda 2 qol vurub, 4 assist edib.

Xəbər xətti