"Krasnodar"ın futbolçusu Pavel Mamayevlə "Zenit"in hücumçusu Aleksandr Kokorin həbs olunublar.
Sportal.az xəbər verir ki, buna onların sərxoş halda iki məmuru - Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesi və dəmiryol maşınqayırması departamentinin direktoru Denis Pak və dövlət elmi mərkəzi “NAMİ”-nin rəhbəri Sergey Qasin və "Birinci kanal"ın əməkdaşını döymələri səbəb olub. Telekanalın sürücüsü kəllə-beyin travması alaraq, reanimasiyaya yerləşdirilib. Məmurlar isə xəsarət alıblar.
Hadisə ilə bağlı cinayət işi açılıb.
saytlarin hazirlanmasi