Mamayevlə Kokorin 2 ay həbsdə qalacaq

13:47 - 12 Oktyabr 2018

"Krasnodar"ın futbolçusu Pavel Mamayevlə "Zenit"in hücumçusu Aleksandr Kokorin sərxoş halda iki məmuru - Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesi və dəmiryol maşınqayırması departamentinin direktoru Denis Pak və dövlət elmi mərkəzi “NAMİ”-nin rəhbəri Sergey Qasin və "Birinci kanal"ın əməkdaşını döymələri səbəbindən saxlanılmışdılar.

 

Sportal.az xəbər verir ki, hər iki futbolçu dekabrın 8-nə kimi həbs edilib. Xuliqanlıqda ittiham edilən futbolçular məhkəmə prosesində etdikləri hərəkətə görə zərərçəkənlərdən və azarkeşlərdən üzr istəməyə, maddi təzminat ödəməyə hazır olduqlarını bildirsələr də, məhkəmə həbs-qətimkan tədbiri seçib.

 

Qeyd edək ki, dekabrın 8-də növbəti məhkəmə prosesi keçiriləcək.

Xəbər xətti