Millətlər Liqasına uğursuz başlayan Almaniya millisində Yoahim Lövün gələcəyi sual altındadır.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, alman mütəxəssis turnirin qrup mərhələsində bu gün Fransaya məğlub olsa, vəzifəsindən göndəriləcək.
Almaniya Millətlər Liqasında 2 turdan sonra 1 xal toplayıb. Bundestim son dünya çempionatında qrup mərhələsində mübarizəni dayandırmışdı.
Qeyd edək ki, Löv 2006-cı ildən millini çalışdırır.
saytlarin hazirlanmasi