"Bavariya"nın uğursuz çıxışının səbəbi: Velosiped

18:13 - 16 Oktyabr 2018

Bundesliqada uğursuz start götürən "Bavariya"da baş məşqçi Niko Kovaçın gələcəyi qeyri-müəyyəndir.

 

Sportal.az xəbər verir ki, "Bild" nəşri komandanın uğursuz çıxışlarının səbəblərini araşdırıb. Belə ki, xorvat çalışdırıcı məşqlərdən və oyunlardan sonra futbolçuların 20 dəqiqəlik velosiped məşqi etmələrini tələb edir. Kovaç bunun faydalı olduğunu düşünsə də, futbolçular bu durumdan beziblər.

 

Qeyd edək ki, Bundesliqanın 7 turundan sonra "Bavariya" 13 xalla 6-cıdır.

 

Xəbər xətti