Bu gün - oktyabrın 18-i Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunduğu gündür. İstiqlaliyyətimizi yenidən qazanmağımızın 27 yaşı tamam olur.
Sportal.az xəbər verir ki, məhz 1991-ci il 18 oktyabr tarixindən 334 gün sonra Azərbaycan milli komandası ilk rəsmi futbol matçına çıxır. Yığmamızın kapitanı isə hazırda "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov olub. Süleymanov ilk kapitanlıqla yanaşı, yığmamızın heyətində ilk qolun müəllifi kimi də tarixə düşüb. Belə ki, adıçəkilən mütəxəssis 17 sentyabr 1992-ci ildə "Gürcüstan" - "Azərbaycan" (6:3) oyununda ilklərə imza atmaqla diqqət mərkəzində olub.
Qeyd edək ki, həmin qarşılaşmada meydana çıxan Samir Ələkbərov da hazırda “Sumqayıt”da Nazim Süleymanovun köməkçisi vəsifəsində çalışır.
saytlarin hazirlanmasi