Kərim bu dəfə insan oğurluğunda günahlandırıldı

01:06 - 19 Oktyabr 2018

"Real"ın başı bəladan qurtulmayan futbolçusu Kərim Benzemanın adı növbəti skandalla hallanıb.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı forvardın keçmiş agenti Leo D'Sousa hücumçudan şikayət edib. Leo Fransa I Liqasının son turunda PSJ - Lion matçından sonra bir qrup şəxsin hücumuna məruz qalıb. Leo Fransa polisinə şikayətində bildirib ki, bir qrup şəxs onu qaçırmağa çalışıb. Həmin şəxslərin isə Benzemanın qohumlarının olduğunu şikayətində deyib.

 

Fransa mətbuatının məlumatına görə, agentin Benzemaya borcu var. Ona qarşı hücumun bu səbəbdən təşkil edilməsi gözlənilir.

 

Fransa polisi araşdırmalara başlayıb.

 

Qeyd edək ki, Kərim Benzema daha əvvəl "Fənərbaxça"da çıxış edən Matye Valbuenanın intim videolarını yaymaqla şantaj etməkdə təqsirləndirilmişdi. Bu səbəbdən də millinin baş məşqçisi Didye Deşam Əlcəzair əsilli hücumçuya yığmanın qapılarını bağlayıb.

Xəbər xətti