"Spartak"da baş məşqçi istefası

13:21 - 22 Oktyabr 2018

Rusiyanın “Spartak" klubu baş məşqçisi Massimo Karrera ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Moskva təmsilçisi müvəqqəti olaraq, Raul Riançoya həvalə olunub.

 

“Spartak” Premyer Liqada 11 turdan sonra 18 xalla 7-ci pillədə qərarlaşıb.

 

İtaliyalı çalışdırıcı 2016-cı ildə "Spartak”ın baş məşqçisi təyin edilmişdi. Paytaxt klubu 54 yaşlı mütəxəssisin rəhbərliyi altında 2016-2017 mövsümündə 16 illik fasilədən sonra Rusiya çempionu olmuşdu.

Xəbər xətti