Mamayevlə Kokorin təcridxanada tualet təmizləyirlər

18:55 - 22 Oktyabr 2018

"Krasnodar"ın futbolçusu Pavel Mamayevlə "Zenit"in hücumçusu Aleksandr Kokorin sərxoş halda iki məmuru - Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesi və dəmiryol maşınqayırması departamentinin direktoru Denis Pak və dövlət elmi mərkəzi “NAMİ”-nin rəhbəri Sergey Qasin və "Birinci kanal"ın əməkdaşını döymələri səbəbindən saxlanılmışdılar.

 

Sportal.az xəbər verir ki, hər iki futbolçu dekabrın 8-nə kimi həbsdə qalacaq. Futbolçuların saxlandığı istintaq təcridxanasının rəisi Sergey Telyatnikov onların həbsdə heç bir problemləri olmadığını deyib: "Onlar 3-4 nəfərlik kameralarda qalırlar. Heç bir problemlə üzləşməyiblər. Hər ikisi kamera yoldaşları ilə növbələşərək, tualet təmizləyirlər. Kokorinin qaldığı yer isə nümunəvi kameradır. Nəzarətçi ilə kameralı danışıq mümkündür".

 

Qeyd edək ki, dekabrın 8-də futbolçuların məhkəmə prosesi keçiriləcək.

Xəbər xətti