Ramin Quliyev: "Oyunu 5 dəqiqə ərzində uduzduq"

00:00 - 24 Oktyabr 2018

“Oyuna pis başlamadıq. Bizi nə gözlədiyini əvvəldən bilirdik. Elə ilk dəqiqələrdən hər şey gözlədiyimiz kimi oldu”.

 

Sportal.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Ramin Quliyevin Avropa çempionatının seçmə qrup mərhələsində bu gün Norveç yığması ilə keçirilmiş oyundan (1:4) sonra AFFA-nın saytına açıqlamasında deyib.

 

Gənc məşqçi məğlubiyyəti belə şərh edib: “Rəqib əsasən uzun ötürmələrdən istifadə edir, cinahlardan hücum təşkil edirdi. Qapımıza təyin olunan 11 metrlik cərimə zərbəsi oyunda dönüş nöqtəsi oldu. Qol buraxdıqdan sonra rəqib ard-arda 2 qol vəziyyəti yaratdı və onlardan istifadə etdi. Belə turnirlərdə rəqib ani səhvləri bağışlamır. Demək olar ki, oyunu 5 dəqiqə ərzində uduzduq. Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Bu məğlubiyyəti unudub qarşıdakı oyunlara daha yaxşı hazırlaşacağıq”.

Xəbər xətti