Fransa I Liqasında 11-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, mövsümə uğursuz start verən "Monako" bu dəfə də qələbəyə həsrət qalıb. Tyerri Anrinin komandası evdə "Dijon"la 2:2 hesablı heç-heçə edib.
Liqa 1-də turnir cədvəlinə 10 oyundan sonra 30 xal toplayan PSJ başçılıq edir. "Lill" 25 xalla 2-ci, "Monpelye" 20 xalla 3-cü, "Lion" isə 20 xalla 4-cüdür. "Dijon" 11 xalla 15-ci, "Monako" 7 xalla 19-cu yerdə qərar tutub.
"Monako" 2-2 "Dijon"
Qollar: Benjamin Henrixs, 29, Kamil Qlik, 78 - Mikael Alfons, 34, Mehdi Abeid, 57
saytlarin hazirlanmasi