Şotlandiya Kubokunda baş tutan "Harts" - "Seltik" görüşündə maraqlı hadisə yaşanıb.
Sportal.az xəbər verir ki, "Seltik"in 3:0 hesabı ilə qalib gəldiyi oyunda künc zərbəsi zamanı baş verən hadisə yadda qalıb. Belə ki, "Harts"ın futbolçusu Stiven Makklin rəqibin yarımmüdafiəçisi Ebue Kuassinin cinsi orqanından yapışaraq, var qüvvəsiylə sıxıb. Çətin anlar yaşayan 20 yaşlı futbolçu buna dözə bilməyib və yerə yıxılıb. Uzun müddət yerdə qalan kot-d-ivuarlı futbolçu oyuna davam edə bilməyib.
saytlarin hazirlanmasi