Samir Əliyev imtina etdi, Siyasət bir əldə üç qarpız tutacaq

14:14 - 29 Oktyabr 2018

"Səbail" iki texniki məğlubiyyətə səbəb olan Elman Sultanovla yolları ayırdı. "Dənizçilə"in əvəzedici komandasına Siyasət Əsgərov baş məşqçi təyin edildi.

 

Sportal.az xəbər verir ki, bu vəzifə klubun idman direktoru Samir Əliyevə təklif olunsa da, veteran futbolçu bundan imtina edib.

 

Boş qalan posta isə Siyasət Əsgərov təyin olunub. Bu, Əsgərovun 3-cü iş yeri olacaq. Belə ki, qadınlar millimizin "sükanı arxası"nda olan mütəxəssis "Səbail"in əvəzediciləri ilə U-19 komandasını da çalışdıracaq.

Xəbər xətti