3 gün öncə "Lester Siti"nin prezidenti Viçay Şrivaddanaprabhanın helikopteri "Vest Hem"lə oyundan sonra stadiondan havaya qalxan zaman arenanın yanındakı maşın dayanacağına çırpılmışdı.
Sportal.az xəbər verir ki, hadisə nəticəsində klubun prezidenti ilə yanaşı, daha 4 nəfər dünyasını dəyişmişdi.
Şrivaddanaprabha ailəli olsa da, bu gün onunla bağlı İngiltərə mətbuatında yeni xəbər çıxıb. Belə ki, 60 yaşlı tailandlı iş adamının helikopterində vəfat edən şəxslərdən biri Nursara Suknamai onun sevgilisi olub. Onların gizli eşq həyatı yaşadığı ortaya çıxıb. Suknamai həm də prezidentin köməkçisi kimi də fəaliyyət göstərib.
Qeyd edək ki, Şrivaddanaprabha 4,9 milyard dollarlıq sərvətiylə Tailandın ən varlı 5-ci şəxsi idi. O, 2010-cu ildə "Lester Siti"ni 39 milyon funt-sterlinq qarşılığında almışdı. "Tülkülər" 2015/15 mövsümündə İngiltərə Premyer Liqasında qalib olmuşdu.
saytlarin hazirlanmasi