Rusiya Premyer Liqa təmsilçisi “Ufa”nın baş məşqçisi Sergey Tomarov vəzifəsindən uzaqlaşdırılıb.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi komandanın rəhbərliyi uğursuz çıxışlara görə belə qərar verib.
Komandanın yeni baş məşqçisi isə Dmitri Kiriçenko olacaq.
"Ufa" 13 turdan sonra 11 xalla 15-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi