Rusiya Premyer Liqasında mübarizə aparan "Spartak" klubunun yeni baş məşqçisi məlum olub.
Sportal.az xəbər verir ki, Massimo Karrera ilə yollarını ayıran Moskva klubu baş məşqçi postuna Oleq Kononovu gətirib. 52 yaşlı mütəxəssisin müqaviləsinin şərtləri açıqlanmayıb.
Qeyd edək ki, Kononov daha öncə "Krasnodar", "Axmat", Tula "Arsenal"ı kimi klubları çalışdırıb.
saytlarin hazirlanmasi