"Spartak" braziliyalı ilə yolları ayırır

10:45 - 23 Noyabr 2018

Rusiyanın "Spartak" klubu qış fasiləsində bir neçə futbolçusu ilə yolları ayırmağı planlaşdırır.

 

Sportal.az xəbər verir ki, Moskva klubu braziliyalı forvardı Luis Adrianonu yola salmağa çalışacaq. Buna səbəb onun yüksək əmək haqqı almasıdı. İllik 4 milyon avro maaş forvard "qara siyahı"ya düşüb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

Qeyd edək ki, 31 yaşlı hücumçu 2017-ci ildə "Milan"dan "Spartak"a keçib.

 

Xəbər xətti