"Borussiya"nın avtobusuna hücum edənə 14 il həbs cəzası

15:25 - 28 Noyabr 2018

Ötən mövsüm Çempionlar Liqasının 1/4 finalının “Borussiya” – “Monako” matçından öncə Dortmund klubunun avtobusu yaxınlığında törədilən partlayışda saxlanılan şəxsin cəzası bəlli olub.

 

Sportal.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Dortmund məhkəməsi avtobusa hücum edən rus əsilli almaniya vətəndaşı Sergey Venerqolda 14 il həbs cəzası verib.

 

29 yaşlı cinayətkar partlayış etməklə “Borussiya” klubunun hissələrinin dəyərini aşağı salmaq və bununla da pul qazanmaq istədiyini açıqlayıb. Venerqold bildirib ki, klubun birjada dəyəri aşağı düşsə, o, yarım milyon avrodan çox gəlir əldə edəcəkmiş.

 

Qeyd edək ki, partlayış zamanı Almaniya klubunun futbolçusu Mark Bartranın əli yaralanmış, daha sonra əməliyyat olmuşdur.

Xəbər xətti