“Bavariya”nın hollandiyalı ulduz futbolçusu Aryen Robben mövsümün sonunda Münxen təmsilçisindən ayrılacağını açıqladı.
O, 10 ildir formasını geyindiyi komandasında hər şeyin çox möhtəşəm keçdiyini bildirib:
“Mövsümün sonunda buradan ayrılıram. “Bavariya”da 10 il möhtəşəm günlər keçirmişəm. Ancaq həm klub, həm də mən gələcək planlarımızı bəlirləməliyik”
Robben 2009-cu ildə gəldiyi Münxen təmsilçisində 198 çempionat oyununda 98 qol vurub.
saytlarin hazirlanmasi