"Bavariya"nın prezidenti Uli Heness ötən yay Portuqaliya millisinin üzvü Kriştiano Ronaldonu niyə transfer etmək istəmədiklərinin səbəbini açıqlayıb.
Sportal.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib: "Ronaldonun 33 yaşı var və onun qiyməti 100 milyon avro idi. Buna görə biz onu almağa çalışmadıq. 24 yaşı olsaydı, bu məbləği vermək olardı".
Qeyd edək ki, Ronaldo yayda "Real"dan "Yuventus"a transfer olunub.
saytlarin hazirlanmasi