Lövdən Özil açıqlaması: "Mənimlə danışmaq istəmir"

18:03 - 10 Dekabr 2018

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv yığma karyerasını başa vuran "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil barədə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "topçular"ın məşqinə yollanan mütəxəssis Türkiyə əsilli futbolçunun onunla görüşməməsi barədə danışıb: "Arsenal"ın bazasına yollandım, ancaq Özillə görüşə bilmədim. Orada olmadığı üçün danışığımız alınmadı. Belə çıxır ki, Özil mənimlə danışmaq istəmir. O, milli komandadan gedəndə mənə məlumat verməmişdi. Buna görə də məyus olmuşdum. Hazırda onun bizimlə əlaqə qurmaq istəməməsini qəbul etməliyik. Hər kəs mənim danışmağa hazır olduğumu bilir, ancaq Məustdan bir siqnal gəlmir. Bu olayı fərqli şəkildə bitirmək istəyərdim".

Qeyd edək ki, Özil Londonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Almaniya ictimaiyyəti tərəfindən ona qarşı edilən irqçi təzyiqlərə görə millidən getdiyini açıqlamışdı. O, DÇ-2018-dəki uğursuz çıxışdan sonra təzyiqlərin daha da artığını görərək, belə qərar vermişdi.

Xəbər xətti