Azərbaycanlı futbolçu Rusiyada ilin ən yaxşıları arasında FOTO

11:13 - 11 Dekabr 2018

Rusiya Premyer Liqasında ilk yarının ən yaxşıları açıqlanıb.

Sportal.az xəbər verir ki, "sports.ru" saytı 22 futbolçudan ibarət iki simvolik komanda müəyyənləşdirib. Rəmzi komandaya "Rostov"da çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev də düşüb.

 

22 yaşlı yarımmüdafiəçi əsas deyil, alternativ heyətə salınıb. O, əsas heyətdə ÇSKA-nın futbolçusu Fyodr Çalovun alternativi kimi göstərilib. Ayaz "Rostov"un ən təhlükəli üzvü hesab edilib. O, orta hesabla qapıya hər 90 dəqiqə ərzində 2,9 zərbə endirir. Zərbələrin dəqiqliyi isə 1,1 olub. Kritik ötürmələrə görə isə Quliyev üçüncüdür.

 

Qeyd edək ki, Ayaz QUliyev cari mövsüm 14 oyuna 1 qol vurub, 2 assist edib.


Əsas heyət



Alternativ heyət
 


 

Xəbər xətti