Rusiyanın "Krılya Sovetov" klubunun baş məşqçisi Miodraq Bojoviç komandanın hücumçusu Ramil Şeydayev haqda danışıb.
Sportal.az xəbər verir ki, çalışdırıcı milli üzvünü xüsusi fərqləndirib. Çernoqoriyalı mütəxəssis həmyerlimizə oynamaq üçün daha çox şans verilməli olduğunu bildirib:
"Futbolçuları yalnız oyun vaxtı görməklə hər gün onlarla danışmaq fərqli şeylərdi. Bu mənada, əvvəl izlədiyin oyunçular barədə sonradan fikrinin dəyişməsi normaldı. Futbolçu var ki, ona qarşı fikrim mənfiyə, bəzilərinə qarşı isə müsbətə doğru dəyişib. Çalışdığım futbolçulardan Şeydayevi qeyd edərdim. Bu futbolçu ona verilən şansdan daha çoxuna layiqdi. Ümid edirəm ki, hazırkı vəziyyəti dəyişmək üçün imkan olacaq".
50 yaşlı çalışdırıcı bu ilin oktyabrından "Krılya Sovetov"a başçılıq edir.
saytlarin hazirlanmasi