Rusiya Futbol İttifaqının prezidenti istefa verdi

15:10 - 19 Dekabr 2018

Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Vitali Mutko vəzifəsindən ayrılıb. 

 

Sportal.az xəbər verir ki, onu müvəqqəti olaraq RFİ rəsmisi Sergey Pryadkin əvəz edəcək. Gələn il fevralın 22-də yeni rəhbər müəyyənləşəcək. Həmin ayın 12-nə qədər isə namizədlər bəlli olacaq.

 

Qeyd edək ki, Vitali Mutko 2017-ci ilin 27 dekabrında fəaliyyətinin müvəqqəti dayandırdığını elan edib. O, 2015-ci ildən bu vəzifədə çalışıb.

Xəbər xətti