"Şalke" yayda satdığı futbolçunu geri istəyir

14:23 - 28 Dekabr 2018

Bundesliqanın ilk yarısında uğursuz çıxış edən "Şalke" hücum xəttində sıxıntı yaşadığı üçün irəli xətti gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, gelzenkirxenlilər mövsümün əvvəlində II Bundesliqa klubu "Paderborn"a 150 min avroya satdığı Bernard Tekpeteyi geri istəyir. Bunun üçün "Şalke" rəsmi təklif də göndərib. Transferin yaxın günlərdə reallaşacağı gözlənilir.

 

Qeyd edək ki, Qana millisinin üzvü cari mövsüm 17 oyuna 7 qol vurub, 3 assist edib. 21 yaşlı hücumçu peşəkar karyerasına "Şalke"də başlayıb.

Xəbər xətti