Fransa millisinin üzvündən "Bayern"lə bağlı açıqlama

18:18 - 30 Dekabr 2018

"Ştutqart"ın müdafiəçisi Benjamin Pavar haqqında çıxan transfer dedi-qodularına münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, Fransa millisinin üzvü "Bayern" iddialının gerçək olmadığını deyib:

 

"Mən "Bayern"lə müqavilə bağlamamışam. Bunlar doğru xəbərlər deyil. Təbii ki, böyük bir klubun mənimlə maraqlanması gözəl şeydir. Ancaq mən yaya kimi "Ştutqart"da qalmağa köklənmişəm".

 

Qeyd edək ki, Pavar bu mövsüm 22 oyun keçirib. 22 yaşlı müdafiəçinin "Ştutqart"la müqaviləsi 2021-ci ilə qədərdir.

Xəbər xətti