"Ştutqart"dan Benjamin Pavarı 35 milyon avroya transfer edən "Bayern"in idman direktoru Hasan Salihamdziç "Çelsi"nin gənc ulduzu Kollum Hadson-Odoini hədəfə aldıqlarını açıqlayıb.
Sportal.az xəbər verir ki, klub rəsmisi 18 yaşlı hücumçunun transferi üçün çalışdıqlarını qeyd edib: "Kallum haqda onu deyə bilərəm ki, yaxşı bir futbolçudur və onunla böyük şəkildə maraqlanırıq. Mənim fikrimcə, Kallum klubumuzda yaxşı çıxış edə bilər. Onda inanılmaz keyfiyyətlər var. Yaxşı sürəti və driblinqi var. Mütləq şəkildə istədiyimiz futbolçudur. Nələr olacağını görəcəyik".
Münhen təmsilçisi İngiltərənin U-19 millisinin üzvüyçün 35 milyon funt-sterlinq təklif edib.
Qeyd edək ki, "Çelsi"nin yetirməsi olan Hadson-Odoinin London klubuyla müqaviləsi 2020-ci ilə qədərdir.
saytlarin hazirlanmasi