Bu gün U-16 Liqasında 1 ay davam edən qış fasiləsi başa çatır. 14 komandanın yarışdığı birincilikdə 15-ci turun oyunları keçiriləcək. Turun mərkəzi və ən maraqlı oyunlarından biri Aviasiya Akademiyasının stadionunda baş tutacaq. «Zirə» lider «Qəbələ»ni qəbul edəcək. Fasilədə heyətini bir neçə futbolçu ilə gücləndirən meydan sahibi komandanın qonaqlardan xal(lar) alması ehtimalı böyükdür. Komandaların 1-ci dövrədə Qəbələdə qarşılaşdıqları oyunda məhsuldar heç-heçə qeydə alınmışdı – 3:3. «Qəbələ» xal itirərsə yeni ilin ilk oyun həftəsində zirvədəki yerini itirə bilər. Əgər 2-ci pillədə qərarlaşan «Keşlə» «Neftçi»ni məğlub etsə. Turun ən maraqlı oyunlarından biri də məhz «Keşlə» - «Neftçi» matçıdır. Hər iki komanda üçün çətin görünən qarşılaşmada favorit «Keşlə» olsa da, «Neftçi»dən istənilən nəticəni gözləmək lazımdır.
15-ci turun oyun cədvəli aşağıdakı kimidir:
24 yanvar (cümə axşamı)
13:00 «Səbail» - «Neftçi» İK İB («Bayıl Arena»)
13:00 «Keşlə» - «Neftçi» («ASK Arena», 4-cü meydan)
13:30 «Zirə» - «Qəbələ» (Aviasiya Akademiyasının stadionu)
14:00 «Qarabağ» - «Viləş» («Sərhədçi» OİK-nin meydanı)
14:00 «Sumqayıt» - ROİL (Sumqayıt, «Kapitalbank Arena»)
14:00 «Sabah» - Gəncə TİM («Neftçi Baza»)
14:30 «Turan Tovuz» - İsgəndər Cavadov BFA (Tovuz şəhər stadionu)
Cəza səbəbindən turu buraxacaq futbolçular: Orxan Rüstəmov (Gəncə TİM), Talıb Bayramov («Turan Tovuz»), Ramiz Qasımov («Viləş»), Elnur Əliyev, Fidayə Əzizov (hər ikisi «Qarabağ»).
Bombardirlər: Rauf Ağasənov («Səbail») – 16 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 15 qol.
«Het-trik news» qəzeti
saytlarin hazirlanmasi