Almaniya Bundesliqasında 19-cu turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, lider "Borussiya" evdə "Hannover"i qəbul edib. Matç Dortmund təmsilçisinin 5:1 hesablı qələbəsiylə başa çatıb.
Bundesliqanın turnir cədvəlinə 48 xalla Dortmund "Borussiya"sı başçılıq edir. Münhenqladbax "Borussiya"sı 39 xalla 2-ci, Münhen "Bayern"i də eyni xalla 3-cüdür. 11 xalı olan "Hannover" isə 17-ci sırada qərarlaşıb.
"Borussiya" (Dortmund) - "Hannover" - 5:1
Qollar: Əşrəf Hakimi, 24, Marko Roys, 60, Mario Qötse, 62, Rafael Qerreyro, 67, Aksel Vitsel, 90 - Marvin Bakalors, 86
saytlarin hazirlanmasi