"Tobol" Emil Balayev üçün təzminat ödəməyib? - klublar açıqladı

13:31 - 4 Fevral 2019

Qazaxıstanın "Tobol" klubunun direktoru Nikolay Panin Emil Balayevin transferi üçün "Səbail"ə 52 min avro ödədikləri ilə bağlı xəbərlərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, Panin klub saytına açıqlamasında milli üzvünün azad agent kimi cəlb edildiyini söyləyib:

 

"Son zamanlarda Emil Balayevin transferi üçün 52 min ödədiyimiz haqda mətbuatda çıxan, hətta "Transfermarkt"da yer alan məlumatlar həqiqəti əks etdirmir. O, bura azad agent kimi gəlib. Transferdə Valeri Qazzayevin şəxsi nüfuzu böyük rol oynadı".

 

Məsələ ilə bağlı "Səbail"in mətbuat xidmətinin rəhbəri Törə Əhmədova ilə əlaqə saxladıq. Klub rəsmisi 24 yaşlı qolkiperin "Tobol"a azad agent kimi getdiyini söyləyib.

 

Maraqlıdır ki, ötən gün "sports.kz" saytında, daha öncə "vesti.kz" portalında, yerli mətbuatda isə "futbol11.az" Balayev üçün "Tobol"un 52 min avro təzminat ödədiyini yazmışdı.

Xəbər xətti